bazar ertəsi 9 mart 2026 - 01:59
Elmi hövzələrin rektoru Ayətullah Ərafi, həzrət Ayətullah Seyid Müctəba Xameneinin seçilməsi münasibətilə təbrik edib

Əlbəttə ki, İran xalqı İmam Xomeyni (r) və şəhid Ayətullah üzma Seyid Əli Xameneinin (r) dövründə olduğu kimi rəhbərə itaət və beyət sahəsində müdrik və uzaqgörən olacaqlar. Həmçinin elmi hövzələr və universitet ziyalıları bu yolda İmam Zamanın (ə.f) xüsusi diqqət və inayəti sayəsində öz dəstək və yardımlarını əsirgəməyəcəklər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə elmi hövzələrin rektoru Ayətullah Ərafi  bəyanat yayımlayıb. O, yayımladığı bəyanatda Ayətullah Seyid Müctəba Xameneinin İslam İnqilabının Ali Məqamlı Rəhbəri seçilməsi  münasibətilə təbrik etmişdir. Bəyanatın tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə 

Hörmətli Ayətullah Seyid Müctəba Xamenei!

Dahi şəxsiyyət Ayətullah Seyid Əli Xameneinin (Allah ona rəhmət eləsin) şəhadəti münasibətilə bir daha sizə başsağlığı verərək, Sizin Xubriqan Məclisinin Rəyasət Heyəti tərəfindən seçilməyinizi səmimi qəlbdən təbrik edirəm.

Əlbəttə ki, İran xalqı İmam Xomeyni (r) və şəhid Ayətullah üzma Seyid Əli Xameneinin (r) dövründə olduğu kimi rəhbərə itaət və beyət sahəsində müdrik və uzaqgörən olacaqlar. Həmçinin elmi hövzələr və universitet ziyalıları bu yolda İmam Zamanın (ə.f) xüsusi diqqət və inayəti sayəsində öz dəstək və yardımlarını əsirgəməyəcəklər.

Uğur və müvəffəqiyyətlər arzulayıram.

Elmi hövzələrin rektoru Ayətullah Ərafi

9 mart 2026-cı il

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha